‘İcma Akademiyası’ Bakı və bölgələrdə icma quruculuğu təlimlərinə başlayır

İcma Akademiyası platforması Artikl 54 İctimai Birliyi və vətəndaş cəmiyyəti fəallarının təşəbbüsü əsasında qurulub. İcma Akademiyası maarifləndirmə və təlim platforması olaraq icma quruculuğu, icma inkişafı və ictimai iştirakçılıq kimi mövzularda ödənişsiz təlimlər təşkil edir və online maarifçilik həyata keçirir. 

İcma Akademiyasının ilk təlimi Bakı şəhərində oktyabr ayında baş tutub. Təlim “İcmalarda sosial mediadan səmərəli istifadə”, “İctimai vəkillik kampaniyalarının təşkili” mövzularında olub. Əlavə olaraq bu təlimlər Şəki, Gəncə və Lənkaran şəhərlərində də keçirilib.

 2022-ci ilin yanvar ayında İcma Akademiyasının Bakı təlimləri baş tutub. Bakı təlimləri  “İcmalarda yerli problemlərin öyrənilməsi”, “Komanda quruculuğu və effektiv könüllü şəbəkəsinin qurulması”, “ Kommunikasiya və kommunikasiya strategiyaları” mövzularını əhatə edib.