Biz kimik?

Artikl 54 İctimai Birliyi: İcmaların inkişafı, İştirakçılığın gücləndirilməsi
Vətəndaşların fəal iştirakını təşviq etmək və qərarların qəbulu sahəsində ictimai nəzarəti gücləndirmək məqsədi daşıyan dinamik və müstəqil vətəndaş cəmiyyəti təşkilatı olan Artikl 54 İctimai Birliyinə xoş gəlmisiniz.
Bizim missiyamız demokratik dəyərlərin və sosial ədalətin fəal iştirakdan və güclü ictimai nəzarətdən asılı olduğuna inamdan ibarətdir. Biz vətəndaşları narahat edən hər bir məsələnin həllində onların rəyinin nəzərə alınmasını və qərarların qəbulu prosesində vətəndaşın iştirakı üçün əlverişli mühitin yaranmasını istəyirik.
Artikl 54 olaraq biz icma quruculuğunu bu missiyanı həyata keçirmək üçün əsas alət kimi qəbul etdik. Biz qəti şəkildə inanırıq ki, icmaları inkişaf etdirmək və birləşdirməklə, qərar qəbul edənlərə təsir edən, şəffaflığı müdafiə edən və hər bir qərarda ictimaiyyətin maraqlarının ön planda olmasını təmin edən güclü, kollektiv səs yarada bilərik. Bu mənada biz gələcəyə baxışımızı hər kəsin iştirak etmək qərarına gəldiyi bir icma” kimi ümumiləşdirmişik.
Yolumuz açıqlıq, bərabərlik, inklüzivlik, şəffaflıq və demokratik prinsiplərə sadiqlik ilə əlamətdardır. Biz birlikdə hər bir səsin vacib olduğu güclü və fəal cəmiyyət formalaşdıra bilərik. Vətəndaşların dövlətin və cəmiyyətin həyatında səlahiyyətlərini artırmaq və qərarların qəbulu prosesinə ictimai təsiri gücləndirmək üçün missiyamıza qoşulun. Biz dəyişikliklərə birlikdə gedəcəyik!