İcma Akademiyası “İcma Liderliyi Proqramı”na start verdi!

Bu proqram çərçivəsində komandamız Biləsuvar, Mingəçevir və Zaqatala rayonlarıda yeni icma liderlərinin axtarışına çıxır.


Proqrama qoşulmaqla siz icmanızı inkişaf etdirə, birlikdə hərəkət edə və yerli problemlərin həllində əhəmiyyətli rol oynaya bilərsiz. Bu problemlərə məişət tullantılarının idarə olunması, su qıtlığı, təhsil səviyyəsi ilə bağlı çatışmazlıqlar, gender bərabərsizliyi, işsizlik və s. nümunə göstərmək olar.


Bu imkan yeni nəsil gənc icma liderlərinə bizim resurslardan faydalanaraq ideyalarını reallığa çevirməyə, bacarıqlarını təkmilləşdirməyə, yeni biliklər əldə etməyə və icma iştirakçılığı ənənəsi yaratmağa imkan verəcək.


Daha böyük icmanın bir hissəsi olmaq, fərq yaratmaq və yerli icmanızın səsi olmaq üçün vebsaytımızdakı “Bizə qoşul” formasını doldura bilərsiniz.