“Vətəndaş iştirakının gücləndirilməsi və yerli icmalara dəstək” fəaliyyətimiz çərçivəsində Bakıda ilk İcma Quruculuğu konfransını keçirdik.
Konfransın gündəliyi vətəndaş cəmiyyətin təşkilatlarının icma quruculuğu və inkişafı istiqamətində əməkdaşlığını, Artikl 54 İB-nin dəstəyi ilə formalaşmış 7 icma əsaslı təşkilatın fəaliyyətini, Azərbaycanda ictimai iştirakçılığın vəziyyətinə dair qiymətləndirmə sənədinin və “Hədəfdən Hərəkətə: icma quruculuğu, icma inkişafı və ictimai vəkillik” adlı bələdçinin müzakirəsini əhatə edib.
Konfransda Azərbaycanın 7 rayonunu əhatə edən icma əsaslı təşkilatların, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələri, müstəqil ekspertlər və tələbələr iştirak edib.
Tədbir 11 iyulda Baku Community Space-də təşkil olunub.