İctimai müzakirə: Su idarəetməsində icma iştirakının gücləndirilməsi

Artikl 54 İctimai Birliyi “Su idarəetməsində icma iştirakının gücləndirilməsi” mövzusunda ictimai müzakirə keçirib.

Tədbir ölkədəki mövcud su qıtlığı və  bunun həlli istiqamətində vətəndaş iştirakçılığının gücləndirilməsi məsələlərinin geniş müzakirəsi ilə baş tutub.

Ekoloqlar, ekspertlər, yerli icma liderləri, vətəndaş cəmiyyəti nümayəndələri və başqa iştirakçılar su problemlərinin köklü səbəbləri, irəli sürülən təşəbbüs və siyasətlərin effektliyini, ümumlikdə vətəndaşların suyun idarə olunmasına cəlb edilməsinin zəruriliyini vurğulayan məruzələrlə çıxış ediblər.

Artikl 54 İB və yerli icma əsaslı təşkilatlar su problemləri ilə bağlı milli və yerli səviyyədə aparılmış ictimai vəkillik kampaniyalarından bəhs edib.

Tədbirdə səsləndirilən rəy və təkliflər yekun sənəd halına salınaraq müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına və parlamentə göndərilib.

Tədbirdən “Toplum TV”-nin reportajı: https://youtu.be/998qAIUZbIc?si=THsjjlL7hEBb6y8T

Tədbirdən “Turan İnformasiya Agentliyi”nin məlumatı: https://turan.az/az/cemiyyet/feallar-vetendaslari-su-resurslarinin-idare-edilmesinde-istiraka-cagirirlar-777878

Tədbirdən “Кавказский узел” portalında işıqlandırılması: https://www.kavkaz-uzel.eu/articles/397614