Artikl 54-ün yeni vəkillik kampaniyası ölkədə su ilə bağlı problemlərə toxunur

Su problemləri, əsasən də regionlarda vətəndaşları getdikcə daha çox narahat edən məsələyə çevrilməyə davam edir. Daha konkret isə bura su qıtlığı, quraqlıq, suyun keyfiyyəti, hövzələrin çirklənməsi, səhralaşma və s. misal çəmək olar. Bunlar insanların həyatına təsirsiz ötüşmür və bizləri ekoloji fəlakətlə üz-üzə qoyur.

Məhz buna görə növbəti ekoloji ictimai vəkillik kampaniyamız su ilə əlaqəli problemlərin həlli yolunda ictimai iştirakçılığın artırılmasına həsr olunub.

Bu cür problemlərin həlli bir çox məsələdən keçsə də, bütün effektiv həllərin kökündə yalnız hər kəsin iştirak etdiyi mühit dayanır.

Kampaniya çərçivəsində əsas su problemləri barədə agahlığın artırılması, icma-əsaslı təşkilatlarla  əməkdaşlıq, problemlərin həll edilməsi istiqamətində icra hakimiyyəti orqanlarına təkliflərin hazırlanması və təqdim edilməsi nəzərdə tutulur.

Sosial media səhifələrimizə qoşulun, kampaniyamızı yaxından izləyin.