İcma Akademiyası

İcma Akademiyası 2021-ci ildə bir qrup vətəndaş cəmiyyəti fəalının təşəbbüsü ilə yaradılıb. İcma Akademiyası  icma quruculuğu, icma inkişafı, ictimai vəkillik kimi  mövzularda maarifləndirmə işi həyata keçirir, yerli icma fəallarının bacarıqlarının artırılması və dayanıqlılığını dəstəkləyir. Sosial əlaqələri gücləndirmək, inklüzivliyi təşviq etmək və insanların öz icmalarının yaxşılaşdırılmasına töhfə vermək və hər kəsin qoşulmağa qərar verdiyi icma iştirakçılığının qurulması İcma Akademiyasının əsas missiyasıdır.