Lənkaran və Astarada  icma quruculuğu

2022-ci ilin sentyabr ayından başlayaraq İcma Aakdemiyası və Artikl 54 İctimai Birliyi icma quruculuğu fəaliyyətinə başlayıb. Bu fəaliyyət çərçivəsində ümumilikdə 40-a yaxın icma fəalı ilə ehtiyacların qiymətləndirilməsi görüşləri keçirilib. Qiymətləndirmələrdən sonra yerli istək və ehtiyaclar əsasında bacarıqların artırılması təlimləri keçirilib. Bu təlimlər icma quruculuğu, icma inkişafı, komanda quruculuğu və  ictimai vəkillik kampaniyaları mövzularını özündə birləşdirməklə yerli icmaların inkişafını hədəfləyən hər  biri 6 ay olmaqla iki  fəaliyyət planının hazırlanması ilə yekunlaşıb. Qeyd olunan fəaliyyət planları yerli təhsil, ətraf mühit məsələlərini əhatə etməklə Artikl 54 İctimai Birliyinin dəstəyi və “Dəmirağac” Lənkəran müəllimlər, Astara “LimOn” icması tərəfindən həyata keçirilib. 

Nəticədə Lənkəranda fəal və yenilikçi orta məktəb müəllimləri icması formalaşıb və bu peşəkar icma “Dəmirağac icması” adı altında fəaliyyət göstərir. İcma qrupu müəllimlər, valideynlər və şagirdləri hədəf qrup kimi müəyyənləşdirib. Müəyyən edilmiş fəaliyyət proqramına uyğun olaraq Lənkəran şəhərində yerləşən məktəb rəhbərləri üçün təhsildə yeni trendlər, məktəblərdə şagird məmnunluğunu ölçən anonim sorğu və buraxılış imtahanlarına hazırlaşan şagirdlərə psixoloji dəstək mövzusunda seminar keçirmişdir. Hazırda müəllimlər icmasının üzvləri qızların erkən nikah və məktəbdən yayınma probleminə diqqəti cəlb etmək üçün kampaniyaya hazırlaşır.

Astarada formalaşan icma Astara LimOn icması adı altında fəaliyyət göstərir. Bu icmanın fəaliyyət istiqamətinlərindən biri ətraf mühit problemləri ilə bağlıdır. Astara rayonunda kənd və qəsəbələrdə tullantı qabı  çatışmazlığına diqqət çəkmək məqsədi ilə keçirilən kampaniya yerli müvafiq qurumlar, maraqlı tərəflər və vətəndaşlarla birlikdə ictimai dinləmə həyata keçirib.  LimON icma əsaslı təşkilat “İşığa doğru” təşəbbüsü çərçivəsində Astaranın 3 ucqar kəndində kitab köşkləri yaradaraq yerli  sosial təşəbbüslərə dəstəyini ifadə edib.