”Su qıtlığı probleminin həllində iştirakçılıq: Su hüququ Azərbaycanda niyə qorunmalıdır?” dəyirmi masa tədbiri

16 iyun tarixində, Baku Community Space-də, “Artikl 54” İB və Sosial Hüquqlar Mərkəzinin təşkilatçılığı ilə Su qıtlığı probleminin həllində iştirakçılıq: “Su hüququ Azərbaycanda niyə qorunmalıdır?” adlı dəyirmi masa tədbiri həyata keçirildi. Tələbələrin, iqtisadçıların, hüquqşünasların və vətəndaş cəmiyyəti fəallarının iştirak etdiyi tədbirdə su qıtlığı məsələsi müzakirə olunub. Tədbirdə müzakirələr hüquqşünas Tural Ağayev tərəfindən hazırlanmış “Azərbaycanda su hüququ: Dövlətin öhdəlikləri” sənədi çərçivəsində həyata keçirilib. Müzakirələr su qıtlığının səbəbləri və ətraf mühit problemlərinin həllində iştirakçılıq məsələlərini əhatə edib.