İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl mədəninin tullantılarından süni göl yaradılması yerli sakinlərin etirazına səbəb olub. Onlarla sakin ərazidə artıq bir süni gölün olduğunu və zəhərli maddələrlə ətraf mühiti çirkləndirdiyini əsas gətirərək ikinci belə bir gölün qurulmasına etiraz bildirmək üçün bir araya toplanıblar. Sakinlər bildirib ki, süni göllər ərazidə maldarlıq fəaliyyətinə mane olur, insanların səhhətinə mənfi təsir edir. Bundan əvvəl də media qurumlarında ərazidəki tullantıların yerli təsərrüfata ziyan vurması ilə bağlı xəbərlər yer alıb.
Ancaq səlahiyyətli qurumlar sakinlərlə görüş keçirərək onların problemlərini dinləməyi bacarmayıb. Əvəzində isə əraziyə Daxili Qoşunlara aid olduğu iddia olunan onlarla əməkdaş yeridilib, yerli sakinlərlə qarşıdurmaya gedilib. Mediada geniş yayılan görüntülərdə yerli sakinlərə qarşı rezin güllələr, dəyənək və gözyaşardıcı qazdan istifadə olunduğu, Daxili İşlər Nazirliyi əməkdaşlarının etirazçılara qarşı fiziki güc tətbiq etməsi aydın müşahidə olunub. Sonda hadisələr 10-dan çox şəxsin xəsarət alması, 5 nəfərin inzibati qaydada həbsi və 1 nəfərin isə 1500 manat cərimələnməsi ilə yekunlaşıb.
Daxili İşlər Nazirliyi hadisədən sonra yaydığı bəyanatda yerli sakinləri tənqid edərək onların xəbərdarlıqlara və izahedici söhbətlərə baxmayaraq etiraz aksiyası keçirdiyi bildirilsə də polis əməkdaşlarının niyə qeyri-proporsional güc və vasitələrdən istifadə etməsi ilə bağlı məsələyə toxunulmayıb. Hadisə yerinə sonrakı gün gəlmiş Gədəbəy rayonu icra başçısı Orxan Mürsəlov da sakinləri məlumatsızlıqda və polisə qarşı müqavimətdə günahlandırıb, məsələyə birbaşa aidiyyatı olmayan iradlar dilə gətirib. Qeyd etmək lazımdır ki, polisə qarşı müqavimət hallarını əks etdirən heç bir sübut ortaya qoyulmayıb və hətta polisə qarşı müqavimət halında belə kütləvi cəza tədbirləri qeyri-qanuni xarakter daşıyır. Ərazidə qızıl hasilatını həyata keçirən “AzərGold” QSC hadisə ilə əlaqəsi olmadığını bildirib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hadisəyə ümumiyyətlə münasibət bildirməyib. Yekunda vətəndaşların ətraf mühit və yerli ehtiyaclarla bağlı iradlarını dinləyən və ya nəzərə alan rəsmi qurum olmayıb.
Bəyanatı imzalayanlar xatırladır ki, ətraf mühit problemləri və yerli ehtiyaclarlə bağlı etiraz edən sakinlərə qarşı polis zorakılığından istifadə edilməsi ilk belə hal deyil. Elə 2023-cü ilin mart ayında da Saatlı rayonunun Nabatkənd və Orta Muğan kəndlərinin sakinlərinin su qıtlığı ilə bağlı etiraz aksiyası polis tərəfindən rezin güllədən istifadə edilərək dağıdılıb, bir neçə sakin yaralanıb və inzibati qaydada həbs olunub. Bu isə Azərbaycanda ictimai iştirakçılıq təşəbbüsləri qarşısında sistematik əngəllər olduğunu göstərir.
Biz bildirir ki, ətraf mühit problemləri və yerli ehtiyaclarla bağlı haqlı etirazlarını dilə gətirmək hüququ vətəndaşların həm Konstitusiya, həm də Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq konvensiyalarda, o cümlədən ətraf mühit məsələlərinə dair informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı BMT Avropa İqtisadi Komissiyasının Konvensiyasının (“Orxus Konvensiyası”) müddəası ilə qorunur. Bu hadisə ilə əlaqəli təməl insan hüquq və azadlıqlarına isə ölkə həyatında iştirak, sərbəst toplaşmaq və ifadə azadlıqları, sağlamlıq, yaşamaq, mülkiyyət və məlumat almaq hüquqlarını misal çəkmək olar.
Bəyanatı imzalayanlar xatırladır ki, kommersiya qurumlarının mülkiyyət hüquqlarından istifadə, həmçinin, həmin ərazidə olan insanların təməl hüquq və azadlıqları çərçivəsində həyata keçirilməlidir. Beynəlxalq məhkəmə praktikası göstərir ki, kommersiya qurumları tərəfindən mülkiyyətdən bu tələblərə uymayan formada istifadə adıçəkilən hüquq və azadlıqların birbaşa pozuntusudur. Sakinləri dinləməyib dinc etirazı zorakılıqla dağıtmaq isə yuxarıda sadalanan təməl insan hüquqlarının pozuntusu olmaqdan əlavə vətəndaşları ictimai iştirakçılıq təşəbbüslərindən daha da uzaqlaşdırmaq məqsədi daşıyır.
İmzalayanlar eyni zamanda qeyd edir ki, vətədanşların həyatına təsir edən qəraların qəbulu zamanı onların rəyinin alınmaması, seçkili yerli institutların mərkəzi və yerli icra orqanlarından asılı olması sosial rifahın pisləşməsinə və ədalətsizliyə səbəb olur. Bununla bağlı olaraq bəyanatı imzalayanlar vətəndaş cəmiyyəti fəalları və digər aktiv kəsimləri bu məsələni gündəmdə saxlamağa, aidiyyatı qurumları etirazçıların şikayətini dinləməyə və araşdırmağa, hüquq-mühafizə orqanlarını isə zorakılıq tətbiq edən əməkdaşlar barədə effektiv araşdırmalar aparmağa və məsuliyyətə cəlb olunmalarına çağırır.
Aşağıdakı şəxslər imzaları ilə bəyanata qoşulduqlarını təsdiq edirlər:
Abdulla Bəşiroğlu, ictimai fəal
Ağgül Feyziyeva, müəllim
Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutu
Aliya Yaqublu, jurnalist
Amal Nəzərli, ictimai fəal
Anar Abdulla, jurnalist
Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
Anar Soltansoy, vətəndaş
Araz Əliyev, Nida Vətəndaş Hərəkatı
Ariz Rzayev, vətəndaş
Ariz Rzayev, vətəndaş
Asəf Əhmədov, Gəncə Regional İcma Mərkəzi
Asif Kazımsoy, vətəndaş
Atilla Əliyev, İnqilabın Səsi təşkilatı
Atuf Güliyev, tələbə
Aydan Fuad, ictimai fəal
Aygül Cəfərova, ictimai fəal
Aysel Baxışova, vətəndaş
Ayşən Muradova, hüquqşünas
Aytac Ağazadə, ictimai fəal
Ayxan İsrafilov, vətəndaş
Ayxan Zayıdzadə, tələbə
Azər Hümbətov, vətəndaş
Babək Əbdürrəhmanlı, ictimai fəal
Bayram Bayramov, ictimai fəal
Bəhlul Muradov, vətəndaş
Bəhruz Səmədov, araşdırmaçı
Bəşir Süleymanlı, Vətəndaş Hüquqları İnstitutu
Cəlal Cavadov, ictimai fəal
Ceyhun Nəbi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi
Çingiz Cabbarov, AXCP üzvü
Coşqun Eldaroğlu, jurnalist
Daşqın Ağalarlı, Azad Polemika Mərkəzi
Dəyanət Məmmədzadə, vətəndaş
Əbülfəz Qurbanlı, Artikl 54 İctimai Birliyi
Əhməd İsmayılov, ictimai fəal
Elçin Məmməd, hüquq müdafiəçisi
Elgiz Qəhrəman, ictimai fəal
Əli Mahmudlu, tələbə
Əli Məlikov, LGBTQ+ aktivisti
Əli Rəhimli, vətəndaş
Əlibaxış Rəşidzadə, ictimai fəal
Əliheydər Əliyev, ictimai fəal
Əlixan Qarayev, hüquqşünas
Elmir Abbasov, Nida Vətəndaş Hərəkatı
Elnur Həsənov, ictimai fəal
Elşən Cəbrayılzadə, vətəndaş
Elşən Qasımov, iqtisadçı
Elşən Süleymanov, Göyçay İcma İnkişafı Mərkəzi
Eltac Əlisoy, ictimai fəal
Elturan Rüstəmli, AXCP üzvü
Emil Məmmədov, Demokratiyaya Yardım İctimai Birliyi
Əmrah Cəfərov, vətəndaş
Ənvər Cəfərov, activist
Ənvər Hüseynli, vətəndaş
Etibar Xıdırov, sosial təşəbbüskar
Eynulla Qara, mühəndis
Eyyub Məmmədov, vətəndaş
Əziz Qurbanov, vətəndaş
Fərəc Kərimli, Müsavat Partiyası
Fərqanə Abdullayeva, ictimai fəal
Fərqanə Novruzova, jurnalist
Fidan Asay, Tələbə Güc Mərkəzi
Fidan Məmmədli, vətəndaş
Fidan Qarayeva, müəllim
Fidan Qarayeva, müəllim
Fuad Əhmədli, AXCP üzvü
Gülnarə Mehdiyeva, feminist
Gülnur Əkbərova, hüquqşünas
Gülnur Ələkbərova, hüquqşünas
Günay Rzazada, vətəndaş
Həmidə Bağırova, vətəndaş
Hikmət Carçıyev, Regional Media İnkişaf və Təlim Mərkəzi
Hikmət Əliyev, vətəndaş
Hüseyn Məmmədov, Nida Vətəndaş Hərəkatı
İbrahim Cəfərov, müəllim
İlham Əhmədov, tələbə
İlkin Əliyev, ictimai fəal
İlkin Rüstəmzadə, ictimai fəal
İmran Əliyev, “Meclis.info” Parlamentin Monitorinq Plaftorması
İnara Manafova, hüquqşünas
İnqilab Kərimov, ictimai fəal
İslam Şıxəli, jurnalist
İsmayıl Adıgözəlov, tələbə
İsmi Şahzadə, jurnalist
Kavkaz Cəfərov, AXCP üzvü
Kənan Bağırov, vətəndaş
Kənan Qayıbov, Artikl 54 İctimai Birliyi
Ləman İbadzadə, tələbə
Lili Nazarov, LGBTQI+ aktivist
Məcid Mərcanlı, vətəndaş
Məhəmməd İmanlı, fərdi sahibkar
Məhəmməd İmanlı, vətəndaş
Məmməd Atakişiyev, vətəndaş
Məmməd Məmmədli, ictimai fəal
Məmməd Məmmədzadə, İştirak Evi
Mətanət Dünyamalıyeva, tələbə
Məzahir Güləliyev, AXCP üzvü
Mövlan Əliyev, vətəndaş
Murad Ağazadə, İştirak Evi
Murad Rüstəmbəyli, araşdırmaçı
Namaz Ağalarov, ictimai fəal
Namiq Əhmədov, vətəndaş
Natiq Məmmədov, vətəndaş
Nemət Abbasov, ictimai fəal
Nərgiz Absalamova, jurnalist
Nərmin Rüstəmli, müəllim
Nərmin Şahmarzadə, ictimai fəal
Nəsirəddin Kərəmov, “Aran” Maarifləndirmə İctimai Birliyi
Nicat Əmiraslanov, vətəndaş
Nilufər Məmmədrzayeva, vətəndaş
Nuranə Sadıqova, vətəndaş
Nurlan Cəfəri, vətəndaş
Nurlan Hüseynzadə, AXCP üzvü
Nurlan Qəhrəmanlı, jurnalist
Orxan Allahverdiyev, ictimai fəal
Orxan Rüstəmzadə, jurnalist
Orxan Zeynalov, vətəndaş
Qədir Qədirli, hüquqşünas
Qəhrəman Əzizov, vətəndaş
Qəzənfər Sadıqov, AXCP üzvü
Qumru Əliyeva, ictimai fəal
Rahim Ağayev, ictimai fəal
Ramil Babayev, sosiologiya üzrə doktorant
Ramilə Ələsgərova, müəllimə
Ramin Camal, jurnalist
Ramiz Abışlı, ictimai fəal
Ramiz Abışlı, ictimai fəal
Rauf Cavadov, vətəndaş
Rəbiyyə Məmmədova, “Sapla” Academy
Rəhim Ağayev, vətəndaş
Rəsul Cəfərov, Bakı İnsan Hüquqları Klubu
Rövşən Hacıbəyli, jurnalist
Rövşən Nəzərov, “Eko & Urban” təşəbbüsü
Röya Mehdiyeva, kimya mühəndisi
Röya Məlikzadə, Ecobill
Rüfət Bağırov, iqtisadçı
Ruflan Əlizadə, vətəndaş
Ruslan Əliyev, insan hüquqları hüquqşünası
Ruslan Qarayev, AXCP üzvü
Rüstəm İsmayılbəyli, ictimai fəal
Sabina Rəhimova, feminist
Saday Fərəcov, jurnalist
Sahilə Cabbar, ictimai fəal
Şaiq Bəhmənli, vətəndaş
Sakit Məmmədov, D18 Hərəkatı
Samir Məmmədov, Muğan Kürdəmir İcması
Samir Soltanov, vətəndaş
Samirə Ələkbərli, vətəndaş
Sayqın Rüstəm, ictimai fəal
Sədulla Rzayev, tələbə
Səhər Cahan, ictimai fəal
Səməd Şıxı, yazıçı
Sevinc Əmənova, vətəndaş
Səyyarə Yusubova, vətəndaş
Sezgin Rüstəmov, ictimai fəal
Sona Purmuxtari, vətəndaş
Sübhan Həsənli, hüquqşünas
Şura Əmiraslanova, fərdi sahibkar
Taleh Sultan, ictimai fəal
Telman Seyfulla, vətəndaş
Telman Seyfulla, vətəndaş
Tofiq Yaqublu, Müsavat Partiyası
Toğrul İsmayılov, ictimai fəal
Toğrul Vəliyev, iqtisadçı
Tural Ağayev, hüquqşünas
Tural Əliyev, veteran
Tural Fərzili, ictimai fəal
Tural Kərimov, vətəndaş
Tural Mirzəyev, vətəndaş
Tural Mirzəyev, vətəndaş
Tural Sadıqlı, “Azad Söz” kanalı
Turan İbrahim, ictimai fəal
Turan Məmmədrzayev, tələbə
Turan Musayev, tələbə.
Türkan Məmmədli, vətəndaş
Vəli Quliyev, ictimai fəal
Vüqar Həsənli, Sosial İnkişaf və Demokratik Təşəbbüslər İB
Vüqar Qurdqanlı, vətəndaş
Vüsal Xəlilov, sosial araşdırmaçı
Vüsalə Şükürova, ictimai fəal
Xumar Kərimli, vətəndaş
Yusif Bidan, yazıçı
Yusif Cəfərov, ictimai fəal
Zamin Zəkiyev, sosial işçi
Zaur Qurbanlı, hüquqşünas
Zəfər Əhmədov, hüquq müdafiəçisi
Zümrüd Yağmur, yazıçı