“Ətraf mühit siyasəti və qərar qəbuletmə” prosesində ictimai vəkillik kampaniyası

Ətraf mühit məsələlərində ictimaiyyətin iştirakı verilən qəraların və atılan addımların ədalətli və inklüziv olması üçün əhəmiyyətlidir. Bunu nəzərə alaraq “Ətraf mühit siyasəti və qərar qəbuletmə” prosesində ictimai vəkillik kampaniyasına başlayırıq.Bu kampaniyanın məqsədi ətraf mühit məsələlərinə dair qərar qəbuletmə barədə maarifləndirilmənin aparılması, mövzu barədə tədbirlərin həyata keçirilməsi və icmalarda yerli əhəmiyyətli ictimai vəkillik kampaniyalarının keçirilməsidir.
İştirak et, ətrafını gözəlləşdir!