Qadın fəallar üçün bacarıqların artırılması təlimi

Artikl 54 İctimai Birliyi 18 dekabr 2022-ci il tarixində Göyçay, Gəncə, Astara və Şəkidən olan və öz bölgələrində qadınların gücləndirilməsi istiqamətində fəaliyyət göstərən 7 yerli fəal qadın üçün bacarıqlarının artırılması təlimini təşkil edib. Təlimçilər vəkil Rövşanə Rəhimli və qadın hüquqları fəalı Aygül Cəfərova iştirakçılara gender stereotipləri, qadın hüquqları, məişət zorakılığı ilə mübarizə mexanizmləri haqqında məlumat verib.