17 dekabr 2022-ci il tarixində Artikl 54 İctimai Birliyinin təşkilatçılığı ilə “Qadınların ictimai həyatda iştirakçılığı” mövzusunda konfrans keçirilib

17 dekabr 2022-ci il tarixində Artikl 54 İctimai Birliyinin təşkilatçılığı ilə “Qadınların ictimai həyatda iştirakçılığı” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycanın müxtəlif bölgələrindən fəal olan qadınlar və qadın hüquqları sahəsində ixtisaslaşmış vəkillər, sosial işçilər, qadın təşkilatları nümayəndələri bir araya gələrək fikir mübadiləsi aparıblar. Qadın iştirakçılığının Azərbaycandaki vəziyyəti, nəyə görə vacib olması və iştirakçılığının artırılması yolları müzakirə olunub.