Oktyabrın 31-də “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsi ilə bağlı ictimai müzakirə keçirilib.

“Artikl 54” İctimai Birliyi və Meclis.info -nun təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisdə təmsil olunan və olunmayan siyasi partiyaların nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları rəhbərləri və siyasətçilər iştirak edib.

İctimai müzakirədə yeni Qanun layihəsində əks olunan müddəaların Venesiya Komissiyasının tələblərinə və xarici ölkələrin praktikalarına uyğunsuzluğu barədə bəhs edilib. Yeni Qanun layihəsinin mövcud olan və yeni yaranan siyasi partiyaların fəaliyyətinə təsiri müzakirə mövzusu olmuşdur.

Sənin iştirakın sənin qərarındır!