Biz nə edirik?

2021-ci ildə bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi tərəfindən təsis edilmiş Artikl 54 İctimai Birliyi ictimai iştirakçılığın artırılmasına və vətəndaşların qərarların qəbulu prosesində nəzarətini gücləndirməyə çalışır. Mövcud siyasi və hüquqi mənzərənin yaratdığı çağırışlara cavab olaraq biz icma quruculuğunu əsas vasitə kimi seçmişik

Biz icma quruculuğu yolunda aşağıdakı strateji vəzifələri yerinə yetiririk:

Yerli fəalları səfərbər etmək və gücləndirmək

Bacarıqların inkişafına dəstək

Təşkilati inkişaf və davamlılıq

Əlaqələrin qurulmasına

Hüquqi yardım xidmətləri

Təşəbbüslərin qiymətləndirilməsi və monitorinqi

Ümumilikdə biz yerli fəalları səfərbər edərək onlara öz icmalarını müdafiə etmək və inkişaf etdirmək üçün bilik və bacarıqlarını artırmaqda dəstək oluruq, icma əsaslı təşəbbüsləri, layihələri və assosiasiyaları dəstəkləyirik, həssas icma problemlərini müdafiə edirik.

Əsas Nailiyyətlər:

İcma Əsaslı Təşkilatlar: Gəncə, Göyçay, Şəki, İmişli, Lənkəran, Kürdəmir, Astara və Şəmkir kimi regionlarda icma əsaslı təşkilatlar yaratmışıq. Bu təşkilatlar yerli maraqları təmsil edir və icma təşəbbüslərini dəstəkləməklə vətəndaş fəallığını təşviq edirlər.

İctimai vəkillik: 7 icma əsaslı təşkilatla əməkdaşlıq edərək biz 14 ictimai vəkillik kampaniyası keçirmişik. Bu fəaliyyətlər vətəndaşlara həm mərkəzi, həm də yerli hakimiyyət orqanlarına sosial, gender, ekoloji və infrastruktur məsələlərində təsir etmək səlahiyyəti verir.

Əlaqələri qurmaq: Biz vətəndaş cəmiyyəti təşkilatları və 7 icma əsaslı təşkilatlar arasında əlaqələri qurmaqla vətəndaş cəmiyyəti resursları və yerli icma ehtiyacları müstəvisində əməkdaşlığın qurulmasına çalışırıq.

Hüquqi yardım: Fəaliyyətimiz dövründə ölkənin müxtəlif bölgələrindən olmuş şəxs və təşəbbüslərə hüquqi yardım göstərmişik. Bu hüquqi yardım həm vətəndaşların inzibati və məhkəmə orqanlarında qarşılaşdığı məsələlərə dair fərdi şikayətləri, o həm də icma-əsaslı təşkilatların həyata keçirdiyi ictimai vəkillik kampaniyaları əhatə edir.

Qadınların və gənclərin iştirakının gücləndirilməsi: İcma quruculuğun inlküzivliyindən irəli gələrək, strateji hədəflərimizdən biri cəmiyyətdə adətən iştirakçılığı yüksək səviyyədə olmayan qrupların – qadın və gənclərin iştirakının gücləndirilməsidir. Bu yöndə apardığımız fəaliyyət əsnasında qadın və gənclərin yerli məsələlələrin həll edilməsinə cəlb edilməsi təşviq edilir və maarifləndirmə aparılır.